Sabahın hava şəraiti açıqlanıb

Fevralın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi
gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 3-6° isti, gündüz 9-12° isti olacaq.
Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa
yüksələcək.


Nisbi rütubət 70-80 % olacaq.

Fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin
mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün
nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və
səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz
14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Teqlər: