Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsir – Video

Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsir – Video

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində ağacları kəsdikləri iddia edilir.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

İddialara görə, sülhməramlılar Laçın yolundakı postlarının yaxınlığında yerləşən ağacları məhv edirlər.

Məlumatlarda bildirilir ki, sülhməramlılar yol çəkmək üçün bu addımı atırlar.

Ancaq sözün konkret olaraq hansı yol çəkilişindən getdiyi məlum deyil.

Teqlər: