Gəncə polisindən əməliyyat: saxlanılanlar var

Gəncə polisindən əməliyyat: saxlanılanlar var

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri, Fərid Əhmədov və Həsən Layıcov şəhər ərazisində saxlanılaraq, polis şöbəsinə gətiriliblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, onların üzərində şəxsi axtarış keçirilən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, F. Əhmədovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı oradan gizlədilmiş 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: