Rusiya sərhədçiləri Ukraynadan daxil olan diversiya-kəşfiyyat qrupunu zərərsizləşdirib

Rusiya sərhədçiləri Ukrayna ərazisindən daxil olan
diversiya-kəşfiyyat qrupunu zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Müdafiə Naziriyinin Cənub Hərbi
Dairəsinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub ki, fevralın 21-də səhər saatlarında
Ukrayna ərazisindən daxil olan qrupla sərhədçilər arasında atışma
baş verib. Nəticədə qruplaşmanın üzvləri zərərsizləşdirib.

Məlumatda, həmçinin bildirilir ki, bir müddət sonra həmin qrupun
təxliyəsi üçün daxil olmuş iki piyada döyüş maşını (PDM) Rusiya
ordusu tərəfindən məhv edilib.


Rusiya hərbçiləri arasında yaralananların olmadığı deyilir.

(Tərcümə: Orxan Nəbiyev)