Fransa şirkəti Azərbaycana növbəti yük lokomotivini göndərib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Fransanın “Alstom” şirkəti Azərbaycana növbəti yük lokomotivini
tədarük edib.

Trend-in
məlumatına görə, bu, şirkətin Azərbaycana təqdim etdiyi sayca 38-ci
lokomotiv olub.

Qeyd olunur ki, lokomotiv bir həftə əvvəl Qazaxıstanın paytaxtı
Nur-Siltandan Bakıya yola salınmışdı.

Bu, “Alstom” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC arasında
imzalanmış müqavilə əsasında həyata keçirilib.

Eyni zamanda, bu həftə müqavilə ilə nəzərdə tutulmuş daha 2
lokomotivin Bakıya çatması gözlənilir.


Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” 2014-cü ildə “Alstom”la 50 elektrovoz, o cümlədən 40 yük lokomotivinin tədarükü
barədə müqavilə imzalamışdı. Müqavilənin dəyəri 288 milyon avro
təşkil edir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)