Rusiya qırıcısı Ukraynada əməliyyat zamanı qəzaya uğrayıb

Rusiya Hərbi-Kosmik Qüvvələrinin Su-25 qırıcısı Ukraynada
əməliyyat zamanı qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi
İqor Konaşenkov brifinq zamanı deyib.

O bildirib ki, qəza pilot səhvi nəticəsində baş verib. Pilot
katapult edib və hazırda hərbi hissədədir.

Qəzanın baş verdiyi yer açıqlanmayıb.