Xarkov vilayətində ukraynalı artilleriyaçılar Rusiyanın 20-ci birləşmiş ordunun komanda məntəqəsini dağıdıb, 40-dan çox rus işğalçısını məhv ediblər.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Tsymbalyuk məlumat verib.
Jurnalist bildirib ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinə endirdiyi artilleriya zərbəsi nəticəsində Qərb Hərbi Dairəsinin 20-ci birləşmiş ordunun komanda məntəqəsi məhv edilib.
Onun sözlərinə görə, komanda məntəqəsində olan bütün şəxsi heyət həlak olub.