Hacıqabulda ağır qəza: 6 yaralı var

Hacıqabulda ağır qəza: 6 yaralı var

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil “KİA” markalı avtomobillə torruşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Qətibə Həmd qızı Əliyeva, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Günel Təşkilat qızı Musayeva, onun oğlu, 2021-ci il təvəllüdlü Nurlan Şamil oğlu Musayev və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: