Rusiya OPEC+ sazişi üzrə hasilatı artırıb – Baş nazirin müavini

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya şirkətləri avqust ayında OPEC+ sazişi ilə müəyyən edilmiş kvotalara əsasən hasilatı tam həcmdə artırıb.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, avqust ayında şirkətlərə qoyulan hasilat limiti iyul ayı ilə müqayisədə 100 min barel çoxdur. Müvafiq olaraq avqust ayı üzrə hasilat əvvəlki ayla müqayisədə 100 min barel artmalıdır.