Ali təhsil müəssisələri tədrisə distand formada başlayacaq? – Nazirlikdən AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Sosial şəbəkədə ali təhsil müəssisələrinin yeni tədris ilinə distant formada başlayacağına dair məlumatlar yayılıb.

Təhsil Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə hələlik bir məlumat yoxdur.

Qeyd edək ki, təhsil işçilərinin böyük bir hissəsinin vaksinasiya olunması və ali təhsil müəssisələrində 18 yaşdan yuxarı tələbələrdən COVID pasportunun tələb edilməsi 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıdacağına dair ehtimalları artırıb. Lakin tədrisin konkret hansı formada aparılacağı ilə bağlı hələlik qərar verilməyib.

Twitter:@cingizsafarli

Teqlər: