Rusiya limanında iki gəmi toqquşdu

Rusiya limanında iki gəmi toqquşdu

Rusiyanın Novorossiysk şəhərinin limanında iki gəmi toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 15-nə keçən gecə “Sun Unicorn” gəmisi sərt şəkildə “Abanoz” gəmisinə çırpılıb, bundan sonra konteyner terminalının yanalma dayanacağını bağlayıb. Gəmilərin ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Teqlər: