Minifutbol yığmamız dünya çempionatında

Minifutbol yığmamız dünya çempionatında

Minifutbol üzrə Azərbaycan millisi komandası dünya çempionatına vəsiqə qazanıb.

AzerTimes xəbər verir ki, bu barədə millimizin baş məşqçisi Elşad Quliyev açıqlama verib.

E.Quliyev ilk dəfə mundialda çıxış edəcəklərini qeyd edib:

“Avropa çempionatında 1/4 finala çıxan komandalar dünya çempionatına vəsiqə əldə edirlər. Mundialda Avropa ölkələrinə cəmi 8 yer verilir. Onlardan biri bizik. Çox sevincliyik”.

O, dünya çempionatının 2023-cü ilin yanvarında və ya avqustunda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini söyləyib:

“Qarşıdakı 10 gün ərzində yekun qərar veriləcək. Dünya çemionatına hazırlaşacağıq. Cənab Prezident də dedi ki, uğurlu çıxışı dayandırmaq olmaz. Bildirdi ki, Azərbaycan xalqı sizdən daha böyük qələbələr gözləyir”.

Teqlər: