Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qrup hərəkətlərdə qaliblər mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qrup hərəkətlərdə (15-17 yaş) qaliblərin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, qrup hərəkətlərdə Rusiya qızıl, Macarıstan gümüş, Rumıniya isə bürünc medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü başa çatıb.

Teqlər: