Rusiya İrandan “Şahid”lərin yeni partiyasını aldı

Rusiya İrandan “Şahid”lərin yeni partiyasını aldı

Rusiya İrandan “Şahid” PUA-larının yeni partiyasını alıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

“Bəli, bu yeni partiyadır, lakin “Şahid”lərin ilkin kütləvi istifadəsi ilə müqayisədə bu, açıq şəkildə daha kiçikdir. Biz indi sayı şərh etmirik, amma görürük ki, məsələn, dünənki kütləvi terror raket zərbələri zamanı “Şahid”lərdən istifadə olunmayıb. Bütün digər mövcud vasitələrdən, bütün raket silahlarından istifadə edilib”, – Yusov qeyd edib.

Teqlər: