Benzema Makronun təklifindən imtina etdi

Benzema Makronun təklifindən imtina etdi

Fransa millisinin hücumçusu Kərim Benzema Prezident Emmanuel Makronun dünya çempionatının finalını birlikdə izləmək təklifindən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Nəşrin məlumatına görə, zədə səbəbindən turniri buraxan hücumçu prezident təyyarəsi ilə Qətərə gedə bilərdi, lakin bu dəvəti qəbul etməyib.

Qeyd olunub ki, Benzema mundialdan öncə zədələnsə də, baş məşqçi onun yerinə başqa birini dəvət etmədiyi üçün onun hələ də DÇ-da iştirak etmək şansı var.

Teqlər: