Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir

Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan
edilir.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden
deyib.

O elan edib ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı
gəmilərin limanlara girişi qadağan olunur.

“Bu, o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə
bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim
limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus
gəmisi”, – deyə o vurğulayıb.