Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edildi

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik
edilib.

AzerTimes xəbər verir ki, bununla
bağlı Nazirlər Kabinetinin 169 № li Qərarına
dair izahda deyilir ki, “Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji
resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz
təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və
icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə
əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında
həyata keçirilməsi haqqında” qanunlar “Lisenziyalar və icazələr
haqqında” Qanuna uyğunlaşdırılıb.

Adıçəkilən Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan
fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar
istisna olmaqla) siyahısı”nın 11-ci maddəsinə edilmiş dəyişikliklə
dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün
lisenziya tələbi ləğv edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaqların
kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Qərarına
əsasən “dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün
lisenziya verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin rəyləri” sözləri çıxarıldı.

Teqlər: