Rusiya Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Tver şəhərində Hərbi-Kosmik Müdafiə Qoşunlarının
Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş vermiş yanğın nəticəsində
həlak olanların sayı 5 nəfərə çatıb.

Trend-in
məlumatına görə, bundan əvvəl 2 nəfərin öldüyü deyilirdi.

Hadisə nəticəsində 30 nəfər xəsarət alıb, onlardan 13 nəfərinin
xəstəxanaya yerləşdirildiyi bildirilir.

Son məlumatlara görə, bir neçə saatdan sonra yanğının qarşısını
almaq mümkün olub. Ümumilikdə, yanğın 1,5 min kvadratmetr ərazini
əhatə edib. Hadisə nəticəsində binanın damı çöküb.