Rusiya gimnastı aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında fərdi proqramda qalib gəlib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında fərdi proqramda kişilər (12-14 yaş) arasında Rusiya gimnastı Artyom Xuruci qalib gəlib.

AzerTimes-ın məlumatına görə, o, 19.450 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalı Bolqarıstan gimnastı Aleksandr Mişinkov (19.200 xal), bürünc medalı Portuqaliya gimnastı Tiaqo Pineyro (19.050 xal) qazanıb.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.


Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: