Mİlli Gimnastika Arenasında fərdi proqramda və üçlüklər arasında qaliblər mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayev – Trend:

Xəbər - Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qadınlar (12-14 yaş) və üçlüklər (15-17 yaş) arasında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, qadınlar arasında Yelizaveta Rudneva (Rusiya) qızıl, Leysan Kuperşmit (Rusiya) gümüş, Məryəm Topçubaşova (Azərbaycan) bürünc medalla mükafatlandırılıb.

Üçlüklər arasında Rusiya komandası qızıl, Rumıniya komandası gümüş, Macarıstan komandası isə bürün medal əldə edi.b.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: