Rusiya gəmisi 48 saat ərzində Niderlandı tərk edəcək

Rusiya gəmisi 48 saat ərzində Niderlandı tərk edəcək

Malavi üçün Rusiya gübrəsi daşıyan gəminin 48 saat ərzində Niderlandı tərk etməsi gözlənilir.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.

“Gəminin Niderlanddan Mozambikə getməsi gözlənilir. Gəmi Mozambikə çatdıqda isə gübrə quru yolu ilə Malaviyə daşınacaq”, – Düjarrik vurğulayıb.

Qeyd edək ki, Avropa limanlarında bloklanan Rusiya gübrələrinin ilk partiyası Niderlanddan Malaviyə göndəriləcək.

Teqlər: