BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyi gündən – 24 fevraldan bəri 6 min 555 mülki şəxs həyatını itirib, 10 min 368-i isə yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə məlumat BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hesabatında əksini tapıb.

Hesabata görə, ölənlərdən 2601-i kişi, 1783-ü isə qadındır.

Qurbanların əksəriyyətinin bombardmanlar nəticəsində həyatını itirdiyi vurğulanıb.

Teqlər: