Rusiya Camalanı axtarışa verdi – Foto

Rusiya Camalanı axtarışa verdi – Foto

Rusiya 2016-cı ildə Avroviziya mahnı müsabiqəsinin qalibi olmuş, Krım tatar əsilli ukraynalı müğənni Camalanı (Susana Camaladdinova) cinayət işi üzrə axtarışa verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında məlumat yayılıb.

“Camaladdinova Susana Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – məlumatda deyilir.

Qeyd edək ki, Camala Avroviziya mahnı müsabiqəsində SSRİ dövründə Krım tatar türklərinin Krımdan sürgün olunmasına həsr edilən mahnı ilə məşhurlaşıb və sözügedən müsabiqədə 2016-cı ildə qalibi olub.

Teqlər: