Metroda nasazlıq: intervalda yubanma oldu

Metroda nasazlıq: intervalda yubanma oldu

“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında olarkən qapılardan biri ilə bağlı problem yaranıb.

Bu barədə AzerTimes-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, operativ baxış zamanı nasazlığın müdaxilə nəticəsində olduğu müəyyən edilib. Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb.

Nəticədə intervalda 4 dəqiqəlik yubanma yaranıb.

Teqlər: