Rusiya bütün qüvvələrini Severodonetskə yığır – Qayday

Rusiya bütün qüvvələrini Severodonetskə yığır – Qayday

Yaxın günlərdə rus ordusu Severodonetski ələ keçirmək üçün bütün ehtiyat qüvvələrini cəlb edəcək.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Onun sözlərinə görə, Severodonetskdə vəziyyət çox ağırdır:

“Ötən gecə rus işğalçıları ikinci körpünü də partlatdılar. Onlar sadəcə olaraq Severodonetskin insanları təxliyə etmək və ora əlavə qüvvələr gətirmək imkanını tamamilə kəsmək istəyirlər. Və çox güman ki, bu gün və ya sabah şəhəri ələ keçirmək üçün bütün ehtiyatlarını ora cəlb edəcəklər”, – Qayday bildirib.

Teqlər: