109-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

109-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 109-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 201 təyyarəsi, 130 helikopteri, 1188 PUA-sı, 338 zenit-raket kompleksi, 3514 tank və digər zirehli texnikası, 508 reaktiv yaylım atəş sistemi, 1870 artilleriya və minaatanı, 3570 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: