Rusiya bu şəhəri hərbi bazaya çevirdi

Rusiya bu şəhəri hərbi bazaya çevirdi

Rusiya Melitopol şəhərinə xeyli sayda canlı qüvvə, hərbi texnika və hava hücumundan müdafiə sistemləri yerləşdirir.

AzerTimes xəbər verir ki, bu barədə Melitopol meri İvan Fyodorov məlumat verib.

“Melitopol tamamilə hərbi bazaya çevrilib. Onlar yaşayış komplekslərinin arasındakı peşə-texniki məktəbinin bazasında, keçmiş trikotaj fabrikinin ərazisində yerləşdirilib”, – Fyodorov bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemlərini yaşayış evlərinin yanına quraşdırıb.

Teqlər: