Millət vəkili Qətər səfiri ilə görüşdü

Millət vəkili Qətər səfiri ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hinzabla görüşüb.

AzerTimes xəbər verir ki, görüş bu ölkənin Azərbaycandakı səfirliyində baş tutub.

Görüş zamanı səfir Qətər-Azərbaycan münasibətləri haqqında danışıb, mədəni əlaqələrin güclənməsi istiqamətində görülə biləcək işlər barədə fikirlərini bölüşüb, dost ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

O, Q.Paşayevanı Asiya Parlament Assambleyası sədrinin müavini seçilməsi münasibətilə təbrik edib.

Səfirlə Milli Məclisin Komitə sədrinin görüşündə qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Teqlər: