BMT-nin baş katibi Ukraynada böhran üzrə koordinator təyin edib

BMT-nin baş katibi Antonio Quterreş sudanlı Amin Avadını BMT-nin
Ukraynada böhran üzrə koordinatoru təyin edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə BMT-nin saytında bildirilib.

“Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş
sudanlı Amin Avadını Ukraynada böhran üzrə koordinatoru təyin
edib”, – deyə qeyd olunub.

Bildirilir ki, A.Avad BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının
İdarəsində bir sıra rəhbər vəzifələrdə çalışıb, humanitar
məsələlər, strateji fəaliyyət, planlaşdırma və inkişaf sahələrində
30 ildən artıq təcrübəyə malikdir.

Teqlər: