Rusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza rejimini dayandırıb

Rusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza verilməsi
prosesini dayandırıb.

Trend-in
məlumatına görə, prezident Vladimir Putin bununla bağlı müvafiq
fərman imzalayıb.

Yeni fərmana əsasən, Rusiya Avropa İttifaqı ölkələri, Norveç,
Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsinin
sadələşdirilməsi barədə sazişin bir sıra bəndlərinin icrasını
dayandırır.

Bundan başqa, V.Putin Rusiya XİN-ə “dost olmayan ölkələr”in
vətəndaşlarının Rusiyaya daxil olmasına fərdi məhdudiyyətlərin
tətbiq edilməsini tapşırıb.