Apteklərdə monitorinq keçirilib, 9 adda dərman müsadirə olunub

Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, 12
aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

Bu barədə Trend-ə Analitik Ekspertiza Mərkəzindən məlumat
verilib.

Qeyd edilib ki, müsadirə edilən qeydiyyatsız və sertifikatsız
dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451,
452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib.

Teqlər: