Rusiya Bankı uçot dərəcəsini üç faiz azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 11 faiz
səviyyəsinədək azaldıb.

Trend-in
məlumatına görə, bu barədə bankın bu gün keçirilən iclasında qərar
verilib.

Qeyd olunur ki, son dövrlərdə inflyasiya təzyiqinin və
qiymətlərin azalması fonunda Rusiya Bankı uçot dərəcəsini üç faiz
azaldıb. Bank növbəti iclaslarda da uçot dərəcsəsinin
azaldılmasının mümkünlüyünü vurğulayıb.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda Rusiya
iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini
9,5 faizdən 20 faizədək yüksəltmişdi.

Aprel ayında isə tənzimləyici uçot dərəcəsini iki dəfə – aprelin
11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək, aprelin
29-da 14 faizədək azaltmışdı.

Teqlər: