Azərbaycan hərbçiləri “Efes-2022” çoxmillətli təlimində (FOTO)

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022”
çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra
edilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, təlimin
növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı
minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun
sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan
terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar
tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun
Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil
edir.

Teqlər: