Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir – XİN

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşmasına kömək göstərməyə sadiqdir.

Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya
və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev brifinq
zamanı deyib.

“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşmasına, ilk növbədə 10 noyabr 2020-ci il, 11 yanvar və 26
noyabr 2021-ci il üçtərəfli bəyanatlarının bütün müddəalarının
reallaşdırılması, o cümlədən İrəvanla Bakı arasında sülh sazişinin
imzalanması yolu ilə normallaşmaya fəal kömək göstərilməsinə
sadiqik”, – deyə A.Zaytsev bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: