IFC Azərbaycanda özəl investisiyalarla bağlı uzunmüddətli maliyyələşdirmə təqdim etməyə hazırdır – Regional menecer (Özəl)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda özəl
sektorun investisiyalarının dəstəklənməsi üçün uzunmüddətli
maliyyələşdirmə təqdim etməyə hazırdır.

Bunu Trend
özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri
İvana Fernandes Duarte deyib.

O qeyd edib ki, IFC dövlət-özəl tərəfdaşlığı çərçivəsində pilot
layihələrin strukturlaşdırılması baxımından hökumətlə iş üçün yaxşı
imkanlara malikdir.

“Bundan başqa, biz dənizdə külək enerjisi sahəsində məsləhətçi
dəstəyimizin ölkədə bərpa olunan enerji sektorunun möhkəmlənməsinə
kömək edəcəyinə nikbinliklə baxırıq. IFC Azərbaycanda özəl sektorun
investisiyalarının dəstəklənməsi üçün, xüsusilə gələcəkdə
genişlənəcəyi gözlənilərn bərpa olunan enerji sektorunda
uzunmüddətli maliyyələşdirmə təqdim etməyə hazırdır”, – İ.Duarte
deyib.

(Tərcümə: Orxan Nəbiyev)