“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə
tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar
“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan
9 may saat 22:00-dək məhdudlaşdırılacaq.

Bu barədə
Trend
-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəbn
məlumat verilib.

“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların
ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti
həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin
istifadəsinə veriləcək.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək
müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya
xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla
e-qaydada həyata keçiriləcək.

Teqlər: