Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyaya məsləhət xidməti göstərməyə hazırdır – Zaxarova

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə
ikitərəfli komissiyaya məsləhət xidməti göstərməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, liderlərin 2021-ci il 26 noyabr Soçi görüşünün yekununda
qəbul olunmuş bəyanatda qeyd olunub və sonrakı təmaslar zamanı
dəfələrlə təsdiq edilib. Rusiya postsovet məkanında delimitasiya
sərhədyanı mübahisələrin tənzimlənməsi sahəsində unikal ekspert
potensialına malikdir. Bizim sərəncamımızda zəruri kartoqrafik
materiallar mövcuddur. Biz komissiyanın fəaliyyəti çərçivəsində
erməni və azərbaycanlı dostlarımızla öz təcrübəmizi bölüşməyə
hazırıq. Məsləhət xidmətinin göstərilməsi üçün rusiyalı ekspertlər
komandası artıq hazırdır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: