Rusiya Avropa Şurasından çıxır

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul
edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş
katibinə müvafiq məktubu təqdim edib.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının
vitse-spikeri Pyotr Tolstoy deyib.

Onun sözlərinə görə, Rusiya öz istəyi ilə Avropa Şurasından
çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.