“Fox News” telekanalının operatoru Kiyev ətrafında həlak olub

Amerikanın “Fox News” telekanalının operatoru Pyer Zakrjevski
Kiyev ətrafında atəş altına düşərək həlak olub, həmin hadisə zamanı
telekanalın müxbiri Bencamin Holl yaralanıb.

Trend TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə
onların həmkarı, “Fox News” telekanalının xəbərlər proqramının
aparıcısı Con Roberts özünün tviter səhifəsində bildirib.

İnsident bazar ertəsi günü baş verib. Məlumat Pentaqon
tərəfindən təsdiqlənib və əlavə edilib ki, hazırda hadisə ilə bağlı
informasiya toplanır.