Rusiya aviaşirkəti Qroznıdan Bakıya müntəzəm reyslərə başlamağı planlaşdırır

Rusiyanın “Utair” aviaşirkəti may ayından başlayaraq Qroznı
şəhərindən Azərbaycana müntəzəm reyslər həyata keçirməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bunu Rusiyanın Çeçenistan Respublikasının
nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov deyib.

Onun sözlərinə görə, Bakıya reyslərin işə salınması üçün “Utair”
tərəfindən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə müvafiq
müraciət olunub.

Qeyd edək ki, hazırda Azərbaycana “Aeroflot”, “Air Arabia”, “Air
Astana”, “Arkia”, “Belavia”, “FlyAristan”, “Turkish Airlines”, “Lufthansa” və digər şirkətlər uçuşlar həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: