Rus təbliğatçı “Ukrayna rəngini” seçdi: qalmaqal – Foto

Rus təbliğatçı “Ukrayna rəngini” seçdi: qalmaqal – Foto

Rusiyalı aparıcı Olqa Skabeyeva etdiyi paylaşımla qalmaqal yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, bahar fəsli ilə bağlı paylaşım edən Skabeyeva sarı və mavi süsənlərin fotoşəkillərini yerləşdirib. Ukrayna bayrağının rənglərini xatırladan foto birmənalı qarşılanmayıb. Skabeyeva müvafiq yazını Teleqram kanalından dərhal silib.

Onun paylaşımı ilə bağlı şərh yazanlar bunu “Skabeyevanın rəhbərinin üzünə şillə vurması” kimi qiymətləndirib.

Şəbəkə istifadəçiləri qeyd ediblər ki, “Z-təbliğatçısı” “yanlış” rənglərə görə rus ordusunu gözdən salmaqda ittiham olunacağından qorxub.

Teqlər: