Krımda separatçı liderin avtomobili partladı – Video

Krımda separatçı liderin avtomobili partladı – Video

Zaporojyedəki separatçıların “baş nazirinin müavini” Vladimir Yepifanovun avtomobili partlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Məlumata görə, Yepifanovun idarə etdiyi “Land Kruzer” markalı avromobilin qaz balonu partlayıb. Partlayış nəticəsində Yepifanov idarəetməni itirib və avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Avtomobildə Yepifanovla yanaşı, onun katibi və mühafizəçisi də olub. Hər üç şəxs müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Hazırda Yepifanov həkim nəzarəti altındadır.

Teqlər: