Rus əsgərdən şok etiraf: Geri çəkilsək…

Rus əsgərdən şok etiraf: Geri çəkilsək…

Ukrayna ordusunun hücumunu dəf edərkən ağır itkilər veririk. Rusiya ordusunda mənəvi-psixoloji vəziyyəti aşağıdır.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynada əsir düşən rus hərbçiləri “Voll Strit Jurnal”a bildirib.

Qeyd olunur ki, əsirlərdən biri əvvəllər narkotik alverinə görə məhkum edilib və altı aydan sonra cəbhədə döyüşmək üçün “Ştorm Z” qrupu ilə müqavilə imzalayıb. O, iddia edir ki, döyüşçülər geri çəkiləcəyi təqdirdə güllələnmə ilə hədələnirdilər.

Digər məhbus isə rus ordusunda mənəvi-psixoloji durumun aşağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiyaya qayıdarkən təqib olunacağından qorxur və dəyişdirilmək istəmir.

Eyni zamanda, əsirlər hər iki tərəfdə ağır itkilərin olduğunu da qeyd ediblər.

Teqlər: