Məktəbdə qətliam: 37 şagird öldürüldü

Məktəbdə qətliam: 37 şagird öldürüldü

Uqandanın qərbində 37 şagird (20 qız və 17 oğlan) “Demokratik qüvvələr alyansının” silahlıları tərəfindən orta məktəb ərazisində öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Uqandanın “Monitor” qəzeti məlumat yayıb.

Məlumata görə, uşaqlar öldürülüb və yandırılıb:

“Məktəb gözətçisi və yerli sakinlər də vəhşicəsinə qətlə yetirilib. Üç şagird möcüzə nəticəsində qaça bilib. Səkkiz nəfər yaralanıb, onların vəziyyəti ağırdır. Altı şagird qaçırılıb”.

Teqlər: