Cənubi Koreyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var

Koreya Respublikasının cənubunda yerləşən Mara adası
yaxınlığında sahil mühafizəsi helikopterinin qəzaya uğraması
nəticəsində iki ekipaj üzvü həlak olub, bir nəfər itkin düşüb.

Trend “Yonhap” agentiliyinə istinadən xəbər verir ki, bu barədə
məlumatı yerli polis orqanları yayıb.

Bildirilir ki, göyərtəsində dörd nəfərin olduğu Sikorsky S-92
helikopteri yerli vaxtla 1:32-də Mara adasının 370 kilometr
cənub-qərbində radarlardan itib.

Heyət üzvlərindən yalnız biri yaxınlıqda olan sahil mühafizəsi
xidmətinin qayıqları vaxitəsi ilə xilas edilib.

Helikopter Tayvan sahillərində yedəkçi-gəmidə itkin düşmüş
heyəti xilas etmək üçün axtarış-xilasetmə əməliyyatlarına cəlb
olunubmuş.

Hazırda yeddi Sahil Mühafizəsinin patrul kateri, Hərbi Dəniz
Qüvvələrinə məxsus döyüş gəmisi və şəxsi balıqçı qayıqları da daxil
olmaqla 17 gəmi itkin düşmüş ekipaj üzlərini xilas etmək üçün
ərazidə axtarış aparır.

Teqlər: