Rumıniyada NATO ölkələri və tərəfdaşlarının təlimləri keçiriləcək

Mayın 2-dən 13-dək Rumıniyada xüsusi təyinatlıların beynəlxalq
təlimləri keçiriləcək.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildirilib.

“Trojan Footprint 22” adlı təlimlər ABŞ-ın Silahlı Qüvvələrinin
Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığı tərəfindən
planlaşdırılır və əlaqələndirilir.

“Trojan Footprint 22″ eyni vaxtda Bolqarıstan, Macarıstan,
Almaniya, Yunanıstan, Gürcüstan, Latviya, Litva, Polşa, Rumıniya,
Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Estoniyada
keçirilir”, – deyə Nazirlikdən bildiriblər.