Rublun kəskin ucuzlaşmasının səbəbi

Rublun kəskin ucuzlaşmasının səbəbi

Ötən həftə rublun kəskin ucuzlaşmasının əsas səbəbi neftin qiymətinin düşməsi və xarici şəraitin pisləşməsi idi.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin deyib.

“Xarici şərtlərin pisləşməsi, neftin qiymətinin azalması müşahidə olunur. Bu, məzənnənin bir qədər zəifləməsi üçün kifayət qədər əhəmiyyətli səbəbdir”, – o bildirib.

Zabotkin qeyd edib ki, rublun ucuzlaşması qiymətlərin dinamikasına təsir göstərəcək.

Qeyd edək ki, hazırda Moskva birjasında dollar 68,55 rubladır.

Teqlər: