Gürcüstanda Saakaşvili üçün aksiya keçirildi

Gürcüstanda Saakaşvili üçün aksiya keçirildi

Gürcüstan Prezidenti Zurabişvilinin evinin yaxınlığında sabiq dövlət başçısı Mixail Saakaşvilinin əfv olunması tələbi ilə bağlı aksiya keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

“Biz prezidentin evi önünə toplaşdıq ki, o, bir imza ilə ölkədəki qütbləşməyə son qoya və Mixail Saakaşvilini azad edə, bununla da onun həyatını xilas edə bilər. Amma Zurabişvili bizdən gizləndi, etirazları davam etdirəcəyik”, – aksiya iştirakçılardan biri bildirib.

Qeyd edilir ki, növbəti aksiya bu gün 26-sı axşam saatlarına panlaşdırılıb.

Teqlər: