Rövnəq Abdullayev İqtisadiyyat nazirliyində kollektivə təqdim olunub

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elnur Əliyev
iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə
iqtisadiyyat nazirinin müavini təyin olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni təyin olunmuş nazir
müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.

Nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq
Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə
rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq,
müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək
işlərdə onlara uğurlar arzulayıb.

Teqlər: