Bakıda orta məktəb şagirdləri arasında kütləvi dava olub, polis araşdırmalara başladı (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Bakıda orta məktəb şagirdləri arasında baş verən dava ilə bağlı
polis araşdırmalara başlayıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Daxili İşlər
Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı araşdırma aparılır, nəticə
barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, hadisə fevralın 14-də Bakının Xətai rayonu,
Əhmədli qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən
116 saylı orta məktəbin şagirdləri arasında dava barədə sosial
şəbəkələrdə video yayılıb.

Teqlər: